Qanun təhlükəli vəziyyətdə olan ağac və kollarla bağlı yeni tələblər müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Xəstəlik, zərərverici və ya kimyəvi təsirlər nəticəsində ciddi zədələnmiş ağaclar kəsildikdən sonra bərpa işləri tələb oluna bilər.
Bu zaman ərazidə mövcud vəziyyət nəzərə alınacaq.
Bərpa tələbi ictimai nəzarəti həyata keçirən şəxslər tərəfindən irəli sürülə biləcək.
Bu mexanizm yaşıllıq sahələrinin qorunmasına yönəlib.
