Şagirdlərin gələcək peşə seçiminə hazırlığı üçün yeni xidmət yaradılacaq.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Ümumi təhsil müəssisələrində peşəyönümü xidməti fəaliyyət göstərəcək.

Bu xidmət əmək bazarına hazırlıq və peşə seçiminə dəstək məqsədi daşıyacaq.

Peşəyönümü xidməti dövlət tərəfindən müəyyən edilən qaydada təşkil olunacaq.