Qanun şagirdlərin yalnız təhsil prosesi ilə bağlı fəaliyyətlərdə iştirakını nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Ümumi təhsil müəssisələrinin şagirdlərinin təhsil prosesi ilə əlaqəsi olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
Şagirdlər olimpiada, müsabiqə, seminar və digər inkişafyönlü tədbirlərdə iştirak etmək hüququna malik olurlar.
Bu yanaşma onların təhsil hüquqlarının qorunmasına xidmət edir.
