Qanun bələdiyyələrin yaşıllıqların artırılması istiqamətində yeni səlahiyyətlərini də müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bələdiyyələr müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə xəstəlik və zərərvericilərə qarşı mübarizə aparacaq.
Ərazilərdə yaşıllıqların genişləndirilməsi üçün həvəsləndirici tədbirlər görüləcək.
Bu tədbirlər yerli səviyyədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.
Beləliklə, bələdiyyələrin məsuliyyəti daha da artırılır.