Qanun yaşıllığın götürülməsi üçün xüsusi sənədin tətbiqini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Qərar qəbul edilən gün müraciət edən şəxsə yaşıllığın götürülməsi vərəqi təqdim olunmalıdır.
Həmin sənəddə götürülmənin məqsədi və qərarın rekvizitləri göstəriləcək.
Bu vərəq olmadan yaşıllığın götürülməsinə yol verilməyəcək.
Sənəd nəzarət orqanlarının tələbi ilə təqdim edilməli və ərazidə görünən yerdə yerləşdirilməlidir.