Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sosial müdafiəsinə təminat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Təhsilverənlərin sosial müdafiəsi qanunvericilik və müəssisələrin nizamnamələri ilə tənzimlənir.
Müəllimlərin vəzifə maaşı və əlavələri səlahiyyətli dövlət orqanı tərəfindən müəyyən edilir.
Büdcədənkənar vəsait hesabına əlavə stimullaşdırıcı ödənişlər də verilə bilər.
Bu imkan dövlət və bələdiyyə məktəblərinə şamil olunur.
Məqsəd müəllim əməyinin stimullaşdırılması və peşəyə marağın artırılmasıdır.
Qanun müəllimlərin sosial rifahının gücləndirilməsini prioritet hesab edir.