Ümumi təhsil alanların yerinə yetirməli olduqları əsas vəzifələr qanunla təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Şagirdlər dövlət təhsil standartlarına uyğun bilik və bacarıqlara yiyələnməli, dərslərdə davamiyyətə riayət etməlidirlər.
Onlardan məktəbin daxili intizam qaydalarına əməl etmək və müəllimlərə, eləcə də digər şəxslərə hörmətlə yanaşmaq tələb olunur.
Qanun sağlam həyat tərzinin təşviqini də şagirdlərin əsas vəzifələrindən biri kimi müəyyən edir.