Qanun hər bir vətəndaşın ümumi təhsil almaq hüququnun dövlət tərəfindən qorunduğunu təsbit edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Sənədə əsasən, heç kəs cinsi, dili, dini, sosial vəziyyəti və digər əlamətlərə görə təhsil hüququndan məhrum edilə bilməz.
Dövlət bütün ümumi təhsil müəssisələrinə qəbul və təhsilin davam etdirilməsi zamanı bərabər imkanlar yaradır.
Bundan başqa, istedadlı uşaq və gənclərin aşkar olunması və dəstəklənməsi də dövlət təminatına daxildir.
