Qanun yaşıllıq salınması ilə bağlı layihələrin maliyyə baxımından dəstəklənməsini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Yaşıllaşdırma tədbirlərinin proqnozlaşdırılması və maliyyələşdirilməsi həyata keçiriləcək.
Bu sahədə müxtəlif iqtisadi həvəsləndirmə mexanizmləri tətbiq olunacaq.
Beynəlxalq təşkilatlar və donorların maliyyə dəstəyi də təşviq ediləcək.
Beləliklə, yaşıllıq layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradılacaq.
