Qanun dövlətin torpaq bazarının inkişafı istiqamətində öhdəliklərini müəyyənləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Bunlara torpaq hərraclarının təşkili və normativ sənədlərin hazırlanması daxildir.
Dövlət həmçinin torpaq bazarı barədə rəsmi məlumatların toplanmasını və yayılmasını təmin edir.
Torpaq hüquqlarının qeydiyyatı və dövlət rüsumlarının müəyyən edilməsi də bu vəzifələr sırasındadır.
