Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.

Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb.

Meyit tanınmaz hala düşüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.