Elbrus dağında iki alpinist ölüb, xilasedicilər beş saatdır ki, qrupun daha dörd üzvünü axtarırlar.
Heftelik.az xəbər verir ki, ilkin məlumatlara görə, dağa qalxan qrupda yeddi nəfər olub.
5100 metr yüksəklikdə iki alpinist xəstələnib, bundan sonra bir alpinist enərək təcili yardım barədə məlumat verib.
Həlak olan alpinistlərin Bosniya vətəndaşları olduğu bildirilir.
Digər dörd nəfərin axtarışı hələ də davam edir.
