ABŞ-ın İrana qarşı hərbi zərbələrə müvəqqəti fasilə verməsinin detalları məlum olub.
Heftelik.az CNN International-a isinadən xəbər verir ki, ABŞ Vitse-prezidenti Cey Di Vens və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Ağ Evdə keçirilən iclas zamanı Prezident Donald Trampın İranla müharibəni daha da genişləndirməsi ehtimalı ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Məsələ ilə tanış olan iki ABŞ rəsmisinə istinad edilən xəbərdə bildirilir ki, iclasda raket ehtiyatlarının vəziyyəti ilə bağlı narahatlıqlarla yanaşı, bir sıra digər mühüm məsələlər də müzakirə olunub.
İddialara görə, müharibənin əvvəlindən diplomatik həll yolunu müdafiə edən Cey Di Vens s aralıq seçkilərlə bağlı narahatlıqlar və dünya ticarətinə artan təzyiq səbəbindən Trampı hücumlara fasilə verilməsi variantını nəzərdən keçirməyə çağırıb.
Adı açıqlanmayan ABŞ mənbələri bildiriblər ki, general Den Keyn də iclas zamanı ABŞ-ın hərbi mövqeyinin zəiflədiyi barədə xəbərdarlıq edib.
