Qanun bu sahədə hüquq münasibətlərinin obyekt və subyektlərini də müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Yaşıllıqlar, onların əkin materialları, yaşıllıq əraziləri və istifadə hüquqları hüquq münasibətlərinin obyektləri hesab olunur.
Dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər isə bu münasibətlərin subyektləridir.
Qanun bütün subyektlərin bərabər hüquqlara malik olduğunu təsbit edir.
Heç bir subyektə qanunda nəzərdə tutulan hallar istisna olmaqla üstünlük verilmir.