Yaşıllıqların BƏRPASI

27 İyul 2026, 01:02

Qanun zədələnmiş və məhv edilmiş yaşıllıqların bərpasını da nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Kəsilmiş və ya zədələnmiş yaşıllıqların yenidən bərpası həyata keçiriləcək.
Yaşıllıq salınması məqsədilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali əkin materialları ilə təmin oluna biləcək.
Bu dəstək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstəriləcək.
Bundan başqa, yaşıllıqların ekoloji funksiyalarının artırılmasına yönəlmiş tədbirlər də görüləcək.