Qanun yaşıllıqların bərpasının əsas məqsədlərini də müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bərpa işləri sanitariya-gigiyena və fitosanitar normaların təmin edilməsinə xidmət edəcək.
Bitki növlərinin keyfiyyətinin yaxşılaşdırılması da əsas məqsədlərdən biridir.
Eyni zamanda yaşıllıq ərazilərindən səmərəli istifadə təmin olunacaq.
Qanun yaşıllıq sahələrinin azalmasının qarşısının alınmasını da hədəfləyir.