Qanun yaşıllıqların mühafizəsinə nəzarətin məqsədini və formalarını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Nəzarətin əsas məqsədi yaşıllıqların vəziyyətindəki dəyişiklikləri izləməkdir.
Həmçinin qabaqlayıcı tədbirlərin görülməsi və yaranmış problemlərin aradan qaldırılması nəzərdə tutulur.
Nəzarət dövlət və ictimai formada həyata keçiriləcək.
Bu proses müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əsaslanacaq.