Qanun yaşıllıq salınmasını təşviq edən praktiki dəstək tədbirlərini də nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali əkin materialları ilə əvəzsiz təmin olunacaq.
Onlara avadanlıq, inventar və digər zəruri vasitələr də verilə biləcək.
Əkin materiallarının yetişdirilməsi üçün torpaq sahələri ayrılacaq.
Bu tədbirlər yaşıllıq sahələrinin artırılmasına xidmət edəcək.
