Qanun beynəlxalq akkreditasiya və beynəlxalq proqramlara da yer ayırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Beynəlxalq akkreditasiya könüllü əsasda beynəlxalq təşkilatlar tərəfindən həyata keçiriləcək.
Beynəlxalq akkreditasiyadan keçən proqramlar məzunlara xarici ali məktəblərdə təhsil almaq imkanı yarada bilər.
Bu proqramlar beynəlxalq standartlara uyğun tətbiq olunur.