Qanunda tədris proqramı, təlim metodu və təlim strategiyası anlayışları müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Tədris proqramı kurikulumda nəzərdə tutulan məzmun standartlarının həyata keçirilməsinə xidmət edir.
Təlim metodu müəllim və şagird arasında biliklərin mənimsənilməsi prosesini əhatə edir.
Təlim strategiyası isə təhsil prosesində tətbiq olunan forma, metod və vasitələrin məcmusudur.
