Qanunda ümumi təhsilin əsas məqsədləri ətraflı şəkildə müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Sənədə əsasən, ümumi təhsil vətəndaşın bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, onun şəxsiyyət kimi formalaşmasına xidmət edir.
Təhsil prosesi vətənpərvərlik, milli-mənəvi dəyərlər və müasir dünyagörüşünün formalaşdırılmasını da nəzərdə tutur.
Bununla yanaşı, şagirdlərin gələcək əmək fəaliyyətinə hazırlanması əsas hədəflərdən biri sayılır.
