Qanun ümumi təhsil müəssisələrinin təsisçilərinin dairəsini dəqiqləşdirib.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Təsisçilər dövlət, bələdiyyə, hüquqi şəxslər və Azərbaycan vətəndaşları ola bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də qanunvericiliyə uyğun təsisçi statusu əldə edə bilərlər.

Təsisçilərin hüquq və öhdəlikləri müvafiq qanunvericiliklə tənzimlənəcək.