Hərrac təşkilatçıları ilə torpaq sahələrinin satıcıları arasında ayrıca müqavilə bağlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Müqavilədə torpaq sahəsinin xüsusiyyətləri və mülkiyyət sənədləri göstərilir.
Həmçinin hərracın keçirilmə vaxtı, tərəflərin öhdəlikləri və hesablaşma qaydaları müəyyən olunur.
Müqavilədə qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər də əks etdirilir.