Bələdiyyə torpaqları üzrə hərrac və müsabiqələrdə bərabər təklif olduqda müəyyən kateqoriyalara üstünlük tanınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Əvvəlki istifadəçilər və icarəçilər üstün hüquqa malik olurlar.
Müharibə əlilləri, şəhid ailələri və uzunmüddətli hərbi xidmət keçmiş şəxslər də üstünlük əldə edirlər.
Sərhədyanı ərazilərdə yaşayanlar, məcburi köçkünlər və həmin bələdiyyədə uzun müddət qeydiyyatda olan vətəndaşlar da bu hüquqdan yararlana bilərlər.
