ABŞ-ın Miçiqan ştatında dəhşətli ailə faciəsi baş verib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, kişi həyat yoldaşını və altı uşağını güllələyərək öldürüb, sonra isə intihar edib. Hadisə ötən həftə yanmış evdə ailənin bütün üzvlərinin meyitləri aşkarlanandan sonra məlum olub.
Ottava dairəsi polis idarəsinin kapitanı Ceyk Sparksın verdiyi məlumata görə, Kristofer və Amanda Karolkeviçin 5 yaşdan 15 yaşadək altı övladı olub. Uşaqlardan ikisi övladlığa götürülüb.
Məhkəmə-tibbi ekspertizasının nəticələri ailənin bütün üzvlərinin güllə yaralarından öldüyünü göstərib. Amanda Karolkeviç və uşaqların ölümü qətl, Kristofer Karolkeviçin ölümü isə intihar kimi qiymətləndirilib.
Araşdırma zamanı evdəki yanğının da qəsdən törədildiyi müəyyən edilib. Yanğın mənzilin bir neçə yerində eyni vaxtda başladılıb. Lakin hadisənin bu hissəsi ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.
Araşdırma aparılır.
