Sosial şəbəkələrdə dini inanclıları təhqir edən şəxs polis tərəfindən saxlanılıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inancları aşağılayan hərəkətlər edib.
1979-cu il təvəllüdlü həmin şəxs barəsində prosessual tədbirlər davam etdirilir.
Qeyd edək ki, Üzeyir Abas bir müddətdir dini kitablar və inanclarla bağlı paylaşımlar edirdi.
