ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Prezident Donald Trampa ölkənin raket ehtiyatlarının tükənmək üzrə olduğu və bunun Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları genişləndirmək imkanlarını məhdudlaşdırdığı barədə məlumat verib.
Heftelik.az xəbər verir ki, bu barədə “Associated Press“ mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Den Keyn bu məlumatı Trampa İranla bağlı mümkün hərbi əməliyyat ssenariləri ilə birlikdə təqdim edib.
Bundan əvvəl Tramp ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməməsinin səbəbinin sursat çatışmazlığı olması ilə bağlı iddiaları təkzib etmişdi.
“The New York Times“ isə iyulun 25-də yazmışdı ki, Tramp raket ehtiyatlarının sürətlə tükənə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən İrana qarşı eskalasiyanı təxirə salıb.
Qəzetin məlumatına görə, Den Keyn rəhbərliyə bildirib ki, hərbi əməliyyatlar bərpa olunsa, ABŞ-ın raketdən müdafiə sistemləri üçün nəzərdə tutulan raket ehtiyatları qısa müddətdə tükənə bilər.
