Paraqvay Azərbaycana fəxri konsul təyin edib.

Heftelik.az xəbər verir ki, bu barədə Report-a Paraqvayın Ankaradakı iqamətgahı vasitəsilə Azərbaycanda akkreditə olunmuş səfiri Gilermo Sosa (Cirilo Guillermo Sosa Flores) müsahibəsində bildirib.

Səfir qeyd edib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin olunub.

“İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfə verəcək”, – deyə səfir vurğulayıb.