Qanun yolayrıclarının növlərini və onların xüsusiyyətlərini müəyyən edib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Nizamlanan yolayrıclarında hərəkət svetofor və ya nizamlayıcı vasitəsilə tənzimlənir.
Nizamlanmayan yolayrıclarında isə belə tənzimləmə mövcud olmur və ya sarı işıq siqnalı işləyir.
Bu bölgü sürücülərin hərəkət qaydalarını düzgün tətbiq etməsinə xidmət edir.