Qanunda ümumi orta təhsilin məcburi xarakter daşıdığı bir daha təsbit edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
Ümumi qayda üzrə məktəbin yerləşdiyi ərazidə yaşayan uşaqlar həmin məktəbə ilk növbədə qəbul ediləcəklər.
Şagirdlərin qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi ayrıca qaydalarla tənzimlənəcək.

