Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.

Heftelik.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”na  aşağıdakı ixtisaslar əlavə edilib:

– Ədalət mühakiməsi hüququ

– Hava hüququ və hava məkanının təhlükəsizliyi

– Mədəniyyət hüququ