Dövlət ümumi təhsil müəssisələrinə məxsus daşınmaz əmlakın və ərazilərin qorunması üçün xüsusi normativlər müəyyən ediləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Həmin normativlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Məqsəd məktəb əmlakının təhlükəsizliyini və mühafizəsini gücləndirməkdir.

Bu qaydalar dövlət ümumi təhsil müəssisələrinin qorunmasına vahid yanaşma formalaşdıracaq.