Araşdırmanın nəticəsindən asılı olaraq xüsusi notarius barəsində müxtəlif intizam tədbirləri tətbiq edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Pozuntunun ağırlığından asılı olaraq töhmət verilə və ya 1500 manatdan 2500 manatadək cərimə tətbiq oluna bilər.
Qanunda nəzərdə tutulan hallarda notariusun şəhadətnaməsi də ləğv edilə bilər.
Bu tədbirlər qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etməyə yönəlib.