Xüsusi notarius müəyyən hallarda iş vaxtından kənar da xidmət göstərə biləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Müraciət edən şəxslərin xahişi ilə notariat hərəkətləri iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparıla bilər.
Belə xidmətlərə görə ödənilən haqqın məbləği müəyyən edilmiş meyarlar əsasında notariusun özü tərəfindən müəyyən edilir.
Bu qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi prosedurlara uyğun tətbiq olunur.