Gəlir əldə etmək məqsədilə aparılan elmi tədqiqat və təcrübə-konstruktor işlərinə çəkilən xərclər üçün vergi güzəşti nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Əsas vəsaitlərin alınması və digər kapital xarakterli xərclər bu güzəştə daxil edilmir. Digər elmi və layihə-axtarış xərcləri isə gəlirdən çıxıla bilər. Məqsəd innovasiya və elmi fəaliyyətin stimullaşdırılmasıdır.