Rusiya ordusu gecə saatlarında Ukraynanın müxtəlif vilayətlərinə raketlər və zərbə tipli pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib.
Heftelik.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri və yerli hakimiyyət orqanları məlumat yayıb.
Lvov şəhərində yaşayış binalarına ziyan dəyib, altı nəfərin yaralandığı bildirilir. Hadisə yerlərində yanğınlar baş verib, xilasedicilər işləyir.
İvano-Frankovsk, Ternopol, Volın, Xmelnitski, Jitomir, Vinnitsa və Kiyev istiqamətlərində də partlayışlar qeydə alınıb. Ukrayna Hərbi Hava Qüvvələri Tu-95MS və Tu-160 strateji bombardmançılarından bir neçə dalğa X-101 qanadlı raketlərinin buraxıldığını təsdiqləyib.
