“Şamaxı” futbol klubuna ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.

Gənc futbolçunun ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, 12 yaşlı Seyidəli Babazadə  Qax-Qoragan avtomobil yolunda baş verən ağır qəzada ölüb. Belə ki, hərəkətdə olan “Mercedes” və “Niva” markalı iki avtomobil toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb. Həmin avtomobildə olan digər sərnişinlər – 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.