Lerik rayonunda daha bir zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən xəbərə görə, yerli vaxtla saat 19:24-də 3,6 maqnitudalı baş verib.
Zəlzələ episentrdə, Lənkəran və Lerik rayonlarında 3 bal gücündə hiss olunub.
Qeyd edək ki, bundan əvvəl Lerikdə saat 01:47-də 3,1 maqnitudalı zəlzələ olub.
