ABŞ ordusu zərurət yaranacağı təqdirdə, İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazır vəziyyətdədir.

Heftelik.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset “X” sosial şəbəkəsində bildirib.

“ABŞ Müharibə Nazirliyi hazır idi və hazır olaraq qalır. Bu hazırlıq səviyyəsi İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasdadır. Silahlar istifadəyə hazırdır”, – Heqset yazıb.

Qeyd edək ki, bu bəyanat ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları və Vaşinqtonla Tehran arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir.