Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalanda qeydə alınıb.

İlkin məlumata görə, ər arvadına bıçaqla xəsarət yetirib, daha sonra özünə xəsarət yetirərək öldürüb.

Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.