UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü bu gün atılıb.

Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.

Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə, “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.