ABŞ Prezidenti Donald Tramp İranla nüvə proqramı üzrə danışıqların bazar ertəsi yenidən başlayacağını açıqlayıb.

Heftelik.az xəbər verir ki,  Donald Tramp tərəflər arasında razılaşma əldə olunacağına ümid etdiyini bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqtonun məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Donald Tramp bildirib ki, ABŞ administrasiyası danışıqlar yolu ilə diplomatik həllə üstünlük verir.