ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəliblər və indi İranın nüvə proqramı ilə bağlı razılaşma gözləyir.
Heftelik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtona jurnalistlərə açıqlamasında bildirib.
Donald Trampın sözlərinə görə, ABŞ qismən Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının istəyi ilə İrana zərbə endirməkdən çəkinib:
“Onların bunu istəməsinin səbəbi, razılaşma olduğuna inanmalarıdır. Hörmüz boğazı ilə bağlı razılaşma var və sonra nüvə proqramı və ya adlandıra biləcəyiniz kimi, İranın nüvəsizləşdirilməsi ilə bağlı razılaşma var. Mən buna İranın nüvəsizləşdirilməsi deyirəm”.
