İxtisas komissiyasına təqdim olunan sənədlər üzrə qərarların qəbul olunma müddəti müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” Qanunda əksini tapıb.
Komissiya daxil olmuş müraciətlərə iki aydan gec olmayaraq baxmalıdır.
İclasın keçirilməsi üçün ən azı beş üzv iştirak etməlidir.
Qəbul edilən bütün qərarlar protokolla rəsmiləşdiriləcək.