Notariat hərəkətləri barədə məlumatların verilməsi ciddi qaydalarla tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Arayış və sənədlər yalnız həmin notariat hərəkətinin aid olduğu fiziki və hüquqi şəxslərə təqdim edilir.
Qanunla nəzərdə tutulmuş hallarda məlumatlar maliyyə monitorinqi orqanına da göndərilə bilər.
Bu qayda notariat sirrinin qorunmasına xidmət edir.