Notariat hərəkətləri ilə bağlı göstərilən xidmətlərə görə ödəniş qaydası qanunla tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Sənədlərin hazırlanması, məsləhət verilməsi və texniki xidmətlər üçün dövlət rüsumu məbləğində haqq tutulur.
Bəzi əqdlər üzrə isə xidmət haqqı dövlət rüsumunun 15 faizi həcmində müəyyən edilir.
Bu ödənişlər qanunda nəzərdə tutulmuş qaydada tətbiq olunur.