19 yaşlı rusiyalı hokkeyçi Amir Xanov Ufada görüş zamanı vəfat edib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, gənc idmançı sevgilisi ilə birlikdə qatıldığı modelləşdirmə seminarı zamanı huşunu itirib.

O, daha sonra dünyasını dəyişib. Ölümün dəqiq səbəbi hələlik açıqlanmayıb.

Xanov 2017-ci ildən 2023-cü ilə qədər “Salavat Yulaev” komandasında oynayıb və son iki mövsümü Milli gənclər hokkey liqasında keçirib, “Samara” və Rıbinskin “Polet” komandalarında oynayıb. 2022/2023 mövsümündə Rusiya Volqa bölgəsi çempionatında “Salavat Yulaev-2007” komandasının ən çox qol vuran müdafiəçisi olub.