İranda zəlzələ oldu

04 Avqust 2026, 13:13

İranın Hörmüzqan əyalətində 4,1 maqnitudalı zəlzələ baş verib.

Heftelik.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar çərşənbə axşamı saat 01:45 radələrində əyalətin Fərğan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində insan tələfatı və ya dağıntılar barədə hələlik məlumat verilməyib.