Dünən Abşeron rayonu, Xırdalan şəhərində xəsarət alması səbəbilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilən 1978-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Üz-çənə cərrahiyyəsi şöbəsində davam etdirilir.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qadının vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, dünən Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb. Hadisə Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.
