Media üçün yeni GÜZƏŞT

04 Avqust 2026, 14:58

Media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.

Heftelik.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 7 ay müddətində media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.